Göyçayda qoyunları və ev quşlarını məhv edən çöl pişiyi tutulub - FOTOSESSİYA - VİDEO

Göyçayda qoyunları və ev quşlarını məhv edən çöl pişiyi tutulub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 21:02 (UTC +04:00)

APA-nın məlumatına görə təxminən bir yaşında olan bala çöl pişiyi 4 aydan çoxdur ki, Göyçayın Potu kənd sakinlərinə göz verib, işıq vermir. Son 4 ay ərzində Potu kənd sakini 1969-cu il təvəllüdlü Rövşən Hüseynovun 10 baş qoyunu, eləcə də qonşuların 13 baş ev quşu naməlum yırtıcı heyvan tərəfindən məhv edilib. Rövşən Hüseynov onun heyvandarlıq təsərrüfatına ziyan vuran naməlum heyvanı tutmaq üçün həyətyanı sahənin müxtəlif yerlərində 15-ə yaxın tələ quraşdırıb. Bu gün həmin tələnin birinə vəhşi çöl pişiyi düşüb.

Rövşən Hüseynov deyir ki, son 2 ayda onun tələsinə bir porsuq və 3 çaqqal düşsə də, əslində onların heç biri qoyunları məhv edə bilməz. Ev sahibi tutularaq böyük dəmir qəfəsə salınan vəhşi çöl pişiyinin yenidən sakinlərin ev heyvanlarına zərər verməməsi üçün paytaxtda yerləşən zooparka təhvil verəcəyini bildirib. Kənd sakinləri Yuxarı Şirvan kanalına yaxın olan həmin ərazisinin kol-kos olduğunu və belə yırtıcı heyvanların kəndə tez-tez gəldiyini bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR