Bakıda avtobus Türkiyə vətəndaşını vurub

Bakıda avtobus Türkiyə vətəndaşını vurub
# 10 may 2014 10:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda Türkiyə vətəndaşını maşın vurub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini Əbülfəz Orucov 35 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Türkiyə vətəndaşı Kurnaz Diləki vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR