Baş prokuror Gəncədə vətəndaşları qəbul edib - VİDEO

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 10:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Baş prokuror Zakir Qaralov Gəncə şəhərində vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Prokurorluğunun inzibati binasında təşkil edilən qəbulda Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib. Baş Prokurorluğun məsul əməkdaşlarının və prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 70-dən artıq vətəndaş iştirak edib. Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Qəbuldan sonra Baş prokuror Zakir Qaralov Gəncə şəhər Prokurorluğunun yeni inzibati binasının tikiləcəyi əraziyə gedərək inşa işlərinin gedişi ilə maraqlanaraq tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR