Ermənilər tərəfindən təzyiqlərə məruz qalan Moldova ombudsmanı bu vəzifəyə seçkilərdə namizədliyini irəli sürməyəcək

Ermənilər tərəfindən təzyiqlərə məruz qalan Moldova ombudsmanı bu vəzifəyə seçkilərdə namizədliyini irəli sürməyəcək
# 19 oktyabr 2013 14:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İyulun 4-də Ermənistan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən və buna görə ermənilər tərəfindən təzyiqlərə məruz qalan Moldova ombudsmanı Aureliya Qriqoriu bu vəzifə üzrə keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyəcək. Bu barədə APA-ya açıqlama verən A.Qriqoriu deyib ki, bu həftənin ikinci günü Moldova parlamentin komissiyalarında yeni “Xalq vəkili barədə” qanunu ilə bağlı müzakirələr başlayıb. Moldovalı ombudsman müzakirələrin nə vaxt başa çatacağını bilmədiyi deyib.

A.Qriqoriu eyni zamanda əlavə edib ki, ombudsman seçkilərin tarixi də hələ müəyyənləşməyib və hazırkı qanunvericiliyə əsasən üç ombudsmanın səlahiyyət müddəti bu ilin oktyabrın 30-u, dördüncü ombudsmanin isə 2015-ci ilin yayında bitir. Yeni qanunvericilik yalnız bir ombudsmanın olmasını təklif edir.

Namizədliyini irəli sürməməsi barədə qərarının səbəbləri barədə danışan A.Qriqoriyu bildirib ki, bu qərarı İrəvanda baş verən hadisələrdən sonra onu heç kimin dəstəkləməməsinə görə qəbul edib: “Yadınızda deyilmi, İrəvanda mənim başıma nələr gəlib? Mənə heç kim dəstək verməyib”.

Xatırladaq ki, bu il iyulun 4 – də İrəvanda Ermənistan parlamentində keçirilən “Dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının qorunması” adlı beynəlxalq konfransda ombudsman Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib. Bunun ardınca Ermənistan hökuməti, erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən ombusdmana mütəmadi təzyiq və həyati təhlükəsizliyi ilə bağlı hədə kampaniyası başlayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR