Lənkəran Dövlət Universitetində məzun günü keçirilib - FOTOSESSİYA

Lənkəran Dövlət Universitetində məzun günü keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyun 2014 18:28 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İyunun 30-da Lənkəran Dövlət Universitetində (LDU) məzun günü keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, cənub bölgəsi ictimaiyyəti nümayəndələrinin, valideynlərin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə keçən mərasimdə LDU-nin rektoru, professor Asəf İsgəndərov çıxış edərək rəhbərlik etdiyi ali təhsil ocağının nailiyyətlərindən söz açıb. Bildirilib ki, fəaliyyətinin ilk illərində universitetdə 12 ixtisas üzrə cəmi 218 tələbənin oxuduğu və onların təhsili ilə 50-yə yaxın müəllimin məşğul olduğu halda, indi burada 4 fakültə, 11 kafedra və 22 ixtisas üzrə 2000-ə yaxın tələbə oxuyur. Daha sonra rektor bu il universitetin bakalavr pilləsini 350 nəfərin, magistratura şöbəsini 50 nəfərin bitirdiyini söyləyərək, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən məzunlar müəllimlərinə minnətdarlıq edərək, fəaliyyət göstərəcəkləri yerlərdə doğma təhsil ocağının adını həmişə yüksək tutacaqlarına söz veriblər.

Sonra magistr və bakalavr pilləsini bitirən məzunlara diplomlar, universitetin ictimai həyatında və müxtəlif müsabiqələrdə fəallıq göstərən bir qrup məzuna isə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.

Tədbir universitetin fakültələrarası tələbə yaradıcılıq müsabiqəsinin rəngarəng çıxışları ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR