Səngəçalda avtomobil qatara çırpılıb

Səngəçalda avtomobil qatara çırpılıb
# 07 oktyabr 2013 09:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yük avtomobili qatara çırpılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də saat 23.20 radələrində Səngəçal Dəmir Yolu Stansiyasındakı qorunan keçiddə Şəmkir rayon sakini Vaqif Əhmədov idarə etdiyi “KamAZ” markalı avtomaşını Bakı-Ağstafa qatarına vurub. Nəticədə ölən və xəsarət alan olmayıb, qatarın hərəkəti 1 saat ərzində dayanıb.


Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR