Hafiz Paşayev: “Artıq 2-3 ildir sırf diplomatiya sahəsindən kənara çıxmışıq” - FOTO - VİDEO

Hafiz Paşayev: “Artıq 2-3 ildir sırf diplomatiya sahəsindən kənara çıxmışıq” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 09:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Prezidentin Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universitetinin yaradılması ilə bağlı sərəncamına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, 2006-cı ildə təsis olunan akademiya artıq ölkədə və xaricdə kifayət qədər tanınıb: “Bu vəzifəyə dəvət alarkən cənab prezidentlə ilk görüşümüzdə mən prezidentə təklif etdim ki, gələcəkdə ADA daha geniş sahələrdə fəaliyyət göstərsin. Prezident buna öz razılığını verdi. Artıq bizim biznes məktəbimiz, həm magistratura, həm də bakalavr proqramlarımız var. Ad fikirləşərkən qazandığımız adı itirmək istəmədik, dünya təcrübəsinə də müraciət etdik. Məsələn, “MGİMO”nu nümunə kimi gətirə bilərik, öncə onlar institut kimi fəaliyyətə başlayaraq daha sonra imkanlarını genişləndirdilər. Hazırda “MGİMO” adı qalır, lakin onlar universitet statusuna keçiblər. Planlarımız elə idi ki, universitet çərçivəsinə keçməli idik. Artıq 2-3 ildir sırf diplomatiya sahəsindən kənara çıxmışıq. Bu gün 4 fakültəmizdə 48 ölkədən xarici tələbələr təhsil alır və onların sayı artacaq”.

Rektor müavini Fariz İsmayılzadə deyib ki, “ADA” Universiteti bir sıra tanınmış xarici universitetlərlə əməkdaşlıq edir, bunların sırasında ABŞ Miçiqan Universiteti, Monterey Universiteti, Con Hopkins Universitetini qeyd etmək olar.

Qeyd edək ki, hazırda ADA Universiteti özündə biznes fakültəsi, ictimai və beynəlxalq münasibətlər, humanitar və dəqiq elmlər, mühəndislik və informasiya texnologiyaları fakültələrini birləşdirərək təxminən 700 tələbəyə həm bakalavr, həm də magistr dərəcələri üzrə müxtəlif ixtisaslar təklif edən təhsil ocağı kimi fəaliyyət göstərir. Yaxın gələcəkdə tələbələrin, eləcə də proqramların və fakültələrin sayının artırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR