Rusiya millisinin baş məşqçisi: “Azərbaycan millisi yeni zirvəyə can atacaq”

Rusiya millisinin baş məşqçisi: “Azərbaycan millisi yeni zirvəyə can atacaq”
# 22 noyabr 2013 11:21 (UTC +04:00)

Bakı – APA. “Bizim əsas rəqibimiz Çin millisidir. Bu komanda ötən dünya çempionatında ikinci olub. Onlar bu dəfə də yarışa çox ciddi hazırlaşıblar”. Apasport.az saytının məlumatına görə, bunu kişi şahmatçılardan ibarət Rusiya millisinin baş məşqçisi Yevgeni Bareyev deyib.

Təcrübəli mütəxəssis noyabrın 24-də Antalyada start götürəcək dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb.

Bareyev 10 yığmanın mübarizə aparacağı yarışda favoritlər sırasında Azərbaycanı da görür: “ABŞ millisi yaxşı formadadır. Ermənistan və Azərbaycan yığmalarını da unutmaq olmaz. Ermənilər həmişə gücünü savadlı şəkildə bölüşür. Azərbaycan millisi isə Avropa çempionatındakı qələbədən sonra gözəl əhval-ruhiyyədədir. Onlar yeni zirvəyə can atacaqlar. Bizim kimi Avropa çempionatını qurban verib, mundiala başqa heyətlə hazırlaşan Ukrayna millisini də qeyd etməliyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR