Snouden Merkelin telefon danışıqlarının dinlənilməsi işi üzrə ifadə verə bilər

Snouden Merkelin telefon danışıqlarının dinlənilməsi işi üzrə ifadə verə bilər
# 01 noyabr 2013 00:07 (UTC +04:00)

Bakı-APA. Almaniya Bundestaqının deputatı Hans Kristian Ştröbele Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin Almaniyanın Baş Prokurorluğunun əməkdaşları ilə görüşməyə və kansler Angela Merkelin telefon danışıqlarının dinlənilməsi ilə bağlı şahid ifadəsi verməyə hazır olduğunu bəyan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Hans Kristian Ştröbelenin oktyabrın 31-də Moskvada Edvard Snoudenlə görüşü baş tutub.

“O məsələyə aydınlıq gətirməyə hazır olduğunu bildirib. Bunun üçün şərait yaratmaq lazımdır. Biz bu məsələni xeyli və hərtərəfli müzakirə etdik”, deyə Ştröbele bildirib.

Onun sözlərinə görə, Snouden görüş zamanı “çox şeyi bildiyini açıq şəkildə anlatdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR