ABŞ Suriya və İran məsələləri üzrə Rusiya ilə əməkdaşlığı davam etdirəcək

ABŞ Suriya və İran məsələləri üzrə Rusiya ilə əməkdaşlığı davam etdirəcək
# 11 mart 2014 20:55 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriyanın kimyəvi silahının ləğv olunması və İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Cey Karni bildirib.

“Biz Suriyanın kimyəvi silahının ləğv olunması ilə bağlı Rusiya ilə çox mühüm əməkdaşlıq edirik”, deyə Karni qeyd edib. Onun sözlərinə görə, Moskva bu addımlarda mühüm rol oynayıb və buna görə də Rusiyanın üzərində bu məsələdə beynəlxalq ictimaiyyət qarşısında öhdəlikləri var.

Karni həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə digər məsələlər üzrə də əməkdaşlıq edir. Onun sözlərinə görə, BMT TŞ-nın 5 daimi üzvü və Almaniyanın İranın nüvə proqramı ilə bağlı danışıqlarında da ABŞ Rusiya ilə əməkdaşlıq edir. “Biz bütün tərəfdaşlarımızla bu problemlər üzrə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, deyə Karni qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR