Azərbaycanda oğurluqla məşğul olan şəxslər tutulub

Azərbaycanda oğurluqla məşğul olan şəxslər tutulub
# 06 yanvar 2014 13:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın müxtəlif şəhər və rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mobil Əliyevə məxsus mağazadan inşaat materialları oğurlamış Bakı şəhər sakini Özübəy İsayev tutulub.

Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Olqa Zabelinaya məxsus «Hyundai» markalı avtomobildən 250 manat pul oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəfər Zahidov tutulub. Ondan 0,183 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri ilə onun Sevinc Əliyevanın evindən 850 manat pul və sənədlər oğurlaması da müəyyən edilib.

Şəki rayonunda isə qoyun oğurlayan şəxs tutulub. Belə ki, 2013-cü il dekabrın 22-də rayonun Baltalı kənd sakini Murad Rəsulova məxsus 4 baş qoyun həyətindən oğurlanıb. Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin kənd sakini Rizvan Cəlilov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR