Barak Obama: “Biz təkcə NATO ölkələrinin deyil, Ukrayna, Gürcüstan, Moldova kimi dostlarımızın da təhlükəsizliyinin gücləndirilməsinə dəstək verəcəyik” - FOTO

Barak Obama: “Biz təkcə NATO ölkələrinin deyil, Ukrayna, Gürcüstan, Moldova kimi dostlarımızın da təhlükəsizliyinin gücləndirilməsinə dəstək verəcəyik” - <span style="color: red;">FOTO
# 04 iyun 2014 14:00 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Obama Varşavadakı çıxışında bildirib ki, ABŞ təkcə NATO ölkələrinin deyil, müttəfiq ölkələrin, o cümlədən Ukraynanın təhlükəsizliyini təmin etmək niyyətindədir:

“Bir gün əvvəl mən ABŞ-ın Şərqi Avropadakı hərbi mövcudiyyətinin gücləndirilməsi barədə yeni təşəbbüs elan etdim. Bu, bizim Ukrayna, Gürcüstan, Moldova kimi dostlarımızın təhlükəsizliyinin təmin olunması üçün onlara dəstəyin gücləndirilməsi mənasına da gəlir. Polşa, Latviya, Litva, Estoniya, Rumıniya heç vaxt təhlükə qarşısında tək qalmayacaq. Biz öz öhdəliklərimizi təsdiqləyirik. Biz təlimlər keçiririk, gəmilərimiz Qara dəniz və Baltik dənizindədir, ordumuz Polşa torpağındadır”.

B. Obama bəyan edib ki, Vaşinqton bunu kimisə qorxutmaq üçün yox, öz müttəfiqlərini qorumaq məqsədilə edir.

Xatırladaq ki, B Obama ABŞ-ın Şərqi Avropadakı hərbi kontingentini gücləndirəcəyini və NATO-ya daxil olmayan müttəfiqlərini də dəstəkləyəcəyini açıqlayıb. Prezident bu məqsədlə 1 milyard dollar pul ayrılması üçün Konqresə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR