Azərbaycanda ailəsini qonaqlığa aparan üç uşaq atası evə qayıdaraq özünü asıb

Azərbaycanda ailəsini qonaqlığa aparan üç uşaq atası evə qayıdaraq özünü asıb
# 09 aprel 2014 08:08 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə ötən gecə Göyçayın Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Xəlilov Cəlil Əşrəf oğlu ailə üzvləri ilə birgə yaxın qohumlarının evinə qonaq gedib, az sonra nə isə götürmək üçün evinə geri qayıdıb.

Ailə üzvləri Cəlil Xəlilovun yenidən qonaqlığa qayıtmamasından və mobil telefonuna cavab verməməsindən narahat olublar. Ailə üzvləri evə qayıdanda C. Xəlilovun tövlədə meyitini tapıblar.

Spirtli içki qəbul etməyən və əsəbləri ilə bağlı problemi olmayan üç uşaq atası C. Xəlilovun gözlənilmədən özünü kəndirlə asaraq öldürməsinin dəqiq səbəbi hələlik məlum deyil.

C. Xəlilov şəxsi traktoru ilə kənd sakinlərinə xidmət göstərib, ailəsini dolandırırmış.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR