Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb
# 04 dekabr 2013 03:57 (UTC +04:00)

Bakı-APA. Masallıda bu gecə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şıxlar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m (hər mərtəbəsi 125 kv.m) olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR