Kiyev inauqurasiyaya rəsmi Moskvanın nümayəndəsini dəvət edib

Kiyev inauqurasiyaya rəsmi Moskvanın nümayəndəsini dəvət edib
# 04 iyun 2014 03:31 (UTC +04:00)

Bakı-APA. Ukrayna hakimiyyəti yeni seçilmiş prezident Pyotr Poroşenkonun inauqurasiyasına Rusiyanın Ukraynadakı müvəqqəti işlər müvəkkili Andrey Vorobyovu dəvət edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Vorobyovun Kiyevin dəvətini qəbul edib-etməyəcəyi barədə məlumat yoxdur.

Xatırladaq ki, Pyotr Poroşenkonun inauqurasiyası iyunun 7-də keçiriləcək.

Ukrayna XİN nümayəndəsi Yevgeni Perebiynis Rusiya prezidenti Vladimir Putin andiçmə mərasiminə dəvət olunmadığını təsdiqləyib.

ABŞ nümayəndə heyətinə inauqurasiyada vitse-prezident Co Bayden rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR