Nəsimi Nəbizadə ilə APA XƏBƏR - VİDEO

Nəsimi Nəbizadə ilə APA XƏBƏR - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 17:24 (UTC +04:00)

Bakı-APA. Seçkilər başa çatar-çatmaz Türkiyənin hərbi və siyasi elitasının bir nömrəli simalarının Azərbaycana səfəri maraq doğurur. Marağı artıran səfərlərin əvvəlcədən planlaşdırılmadan, ekspromt şəkildə həyata keçirilməsidir. 17 dekabr hadisələrindən sonra əsas gücünü daxili siyasi çəkişmələrə sərf edən AKP iqtidarı xarici siyasət məsələlərini arxa plana keçirmişdi. Ukraynada, özəlliklə Krımda gedən proseslərə lazımi reaksiyanın verilməməsi, Suriya məsələsinin daha çox daxili siyasi gündəm mövzusuna çevrilməsi məhz bundan qaynaqlanırdı. Artıq seçkilər bitib, həm də Ərdoğanın gözlədiyi nəticələrlə bitib, bu səbəbdən AKP siyasi fəaliyyətdə ağırlığı yenidən xarici siyasətin üzərinə salır. Və bu işə regionda tək strateji müttəfiqi olan Azərbaycana səfərlə başlayır. Baş verən siyasi proseslər fonunda regionda çəkisi artan Azərbaycana səfərlə. Ölkəmizin ən azı Türkiyənin həyatında oynadığı rolun artdığını Ərdoğan yaxşı anlayır və Bakıda verilən mesajları bu kontekstdən dəyərləndirmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR