Malena Mard: “Avropa Komissiyasının viza prosedurlarının sadələşdirilməsinə dair təklifləri Azərbaycan vətəndaşları üçün də faydalı ola bilər” - FOTO

Malena Mard: “Avropa Komissiyasının viza prosedurlarının sadələşdirilməsinə dair təklifləri Azərbaycan vətəndaşları üçün də faydalı ola bilər” - <span style="color: red;">FOTO
# 02 aprel 2014 09:35 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Avropa Komissiyasının Şengen vizasına dair prosedurların sadələşdirilməsinə dair təklifləri qəbul edilərsə, bu, Azərbaycan vətəndaşları üçün də faydalı ola bilər. APA-nın məlumatina görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sadələşdirilmə təklifləri həm turizm, həm də biznes vizası üçün nəzərdə tutulub. Təkliflərə əsasən Şengen vizasının alınması müddətinin 90 gündən bir il müddətinə uzadılması, vizanın 6 ay əvvəldən alınması, Şengen zonasında bir ildən üç ilə kimi deyil, 3 il qalmağı nəzərdə tutur.

Səfir bu təkliflərin üzv ölkələr tərəfindən hələ müzakirə olunmadığını söyləyib.

Qeyd edək ki, Şengen vizasının sadələşdirilməsi təklifi aprelin 1-də AK tərəfindən irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR