Qondarma “erməni soyqırımı”nın gerçək üzü APA TV-də! - VİDEO

Qondarma “erməni soyqırımı”nın gerçək üzü APA TV-də! - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 10:13 (UTC +04:00)

APA TV qondarma “erməni soyqırımı”nın gerçək üzünü sizlərə göstərir. APA TV-nin bu gün yayımlanacaq proqramları 24 aprel – qondarma “erməni soyqırımı” həqiqətlərinə həsr olunub. Tamaşaçılarımız saat 14.10-da qarslı tədqiqatlı Vedat Akçayözün çəkdiyi “Sezgin Türk” sənədli filmini izləyə bilərlər. Azərbaycan və Türkiyə telekanallarında ilk dəfə nümayiş olunacaq filmi müəllif xüsusi olaraq APA TV-yə təqdim edib.

Film Cənubi-Qərbi Qafqaz Respublikasının prezidenti, Malta sürgünü, ermənilərin törətdiyi qırğınlara qarşı uzun illər əldə silah mücadilə edən Cahangiroğlu İbrahim bəyin həyatından bəhs edir.

APA TV-nin “Müsahibə” proqramının bugünkü qonaqları Əsassız Erməni Soyqırımı İddialarına Qarşı Mübarizə Dərnəyinin başqanı Göksəl Gülbəy və İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Arasdır. Qonaqlar türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə olunan saxta soyqırımı iddialarını cavablandıracaq, ermənilərin bütün iddialara rəğmən niyə İnsan Haqları Məhkəməsinə müraciət etmədiyinin səbəblərini açıqlayacaqlar. Tamaşaçılar bu proqramları 15.10 və 17.10-da izləyə bilərlər.

APA TV-nin bugünkü “Manşet” proqramı bu gün fərqli məkandan, 90 türkün - qadın, uşaq və qocanın qətlə yetirilərək su quyusuna doldurulduğu kütləvi məzarın qarşısından yayımlanacaq. “Manşet” proqramının qonağı İğdırın Hakmehmet kəndində kütləvi məzarı aşkarlayan, öldürülmüş türklərin cəsədlərinin qalıqlarını 80 il sonra qazaraq çıxaran kənd muxtarı Mikayıl Uddur.

APA TV-ni izləməyi unutmayın!

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR