İçərişəhərin infrastrukturu 80%-ə qədər yenilənib

İçərişəhərin infrastrukturu 80%-ə qədər yenilənib
# 17 aprel 2014 09:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxışında bildirib ki, İçərişəhərin canlı şəhər olduğu və burada insanların da yaşadığı heç vaxt yaddan çıxarılmır. İçərişəhərin 4 minə qədər əhalisinin olduğunu deyən S. Nuriyev, burada yaşayan insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər görüldüyünü söyləyib: “80%-ə qədər su, kanalizasiya və digər infrastruktur xətlərinin yenilənməsinə nail ola bilmişik. Hər il növbə əsasında burada yaşayan insanların cari təmir işləri də dövlət tərəfindən həyata keçirilir”.

İdarənin rəisi qeyd edib ki, artıq İçərişəhər dünyada tanındığına görə bura gələn turistlərin sayı gündən-günə artır. Onun sözlərinə görə, ərazidə turistlər üçün müasir turizm infrastrukturunun yaradılması istiqamətində çox işlər görülüb: “İdarə tərəfindən bələdçi, audio-bələdçi xidmətləri, eyni zamanda muzey ekspedisiyaların yenilənməsi istiqamətində işlər aparılıb. Biz istəyirik ki, İçərişəhərdə sosial həyat daha dolğun və maraqlı keçsin. Gündəlik həll etməyə çalışdığımız əsas çətinliklərimiz burada yaşayan insanlar və turistlər arasında tarazlığı saxlamaqdır. Bir tərəfdən İçərişəhəri canlı şəhər kimi qorumaq, digər tərəfdən isə gələn insanlar üçün yetərincə məlumatların verilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR