Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilir - FOTO

Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilir - <span style="color: red;">FOTO
# 12 mart 2014 09:09 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirdə giriş sözü çıxış edən «The Economist» jurnalının redaktoru Saymon Rayt Azərbaycanda iqtisadi inkişafın bütün əlamətlərinin olduğunu deyib.


Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycanda neft gəlirlərinin sabitləşəcəyi gözlənilir: «Buna görə iqtisadiyyatın balanslaşması lazımdır. Ölkədə mülkiyyət hüquqlarının təmin edilməsi vacibdir».


S.Rayt bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə siyahısında aşağı yerlərdən birindədir: «Bu sahədə mübarizə güclənməlidir. Həmçinin, iqtisadiyyatda plüralizm təmin edilməlidir».

Sammitdə Azərbaycandan, həmçinin bir çox beynəlxalq siyasətçi və iqtisadçıların çıxışı planlaşdırılır. Tədbirdə bir neçə panellər təşkil olunub. Panellərdə çıxış edən və sammit iştirakçılarının suallarını cavablandıran Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycanda aparılan islahatlardan, yeridilən sosial-iqtisadi siyasətdən və əldə olunan nailiyyətlərdən danışıblar.


Həmçinin, ölkə iqtisadiyyatında mövcud problemlər və onların həllinə ilə bağlı məsələlər müzakirə olunub, gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb.


Hazırda İnvestisiya Sammiti müxtəlif ekspertlərin çıxışları ilə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR