Azərbaycan Avropa Standartlaşdırma Sammitində iştirak edib - FOTO

Azərbaycan Avropa Standartlaşdırma Sammitində iştirak edib - <span style="color: red;">FOTO
# 19 iyun 2014 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin İstanbul şəhərində “Standartlaşdırma gümüş iqtisadiyyatı necə dəstəkləyə bilər” mövzusunda təşkil olunan III Avropa Standartlaşdırma Sammiti, Avropa Standartlaşdırma Komitəsinin (CEN) 41-ci Baş Assambleyası və Avropa Elektrotexnika Komitəsinin (CENELEC) 54-cü Baş Assambleyası keçirilib. Sözügedən tədbirlərdə ölkəmizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, III Avropa Standartlaşdırma Sammiti çərçivəsində “səhiyyə üzrə standartlaşdırma”, “Avropada yaşlı təbəqə üçün yaşayış mühiti”, “gümüş iqtisadiyyat üzrə imkanlar” və “aktiv yaşlanma və müstəqil yaşam tərzi üçün innovasiya və texnologiyalar” mövzuları ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı əsas diqqət Avropa cəmiyyətinin həm iqtisadi, həm də sosial problemlərdən biri olan aktiv yaşlanma problemi və onun həlli yolları fonunda əhalinin yaşlanan təbəqəsinə göstərilən xidmətlərin və onların məhsullardan istifadəsinin asanlaşdırılması istiqamətində görüləcək tədbirlərə yönəlib.

CEN və CENELEC-in Baş Assambleyalarının birgə sessiyası zamanı hər iki qurumun hesabatları dinlənilib, bu təşkilatların 2020-ci ilədək qarşıya qoyduqları məqsədlər, kiçik və orta müəssisələrə göstərdikləri dəstək, regional və beynəlxalq əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Sonda növbəti sessiyanın gələn ilin 5 iyun tarixində Latviyanın Riqa şəhərində keçiriləcəyi təsdiq olunub.

Tədbirlər çərçivəsində R.Həsənov Böyük Britaniya, Türkiyə, Çexiya, Qazaxıstan, Moldova, Belarus dövlətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin, komitənin nümayəndə heyəti Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutuna (UME) səfər edərək onun nəzdində fəaliyyət göstərən laboratoriyaların işi ilə tanış olub və komitə ilə bu sahədə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR