Azərbaycan DSX və Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətləri arasında görüş keçirilib - FOTO - VİDEO

Azərbaycan DSX və Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətləri arasında görüş keçirilib  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 aprel 2014 09:20 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru, general-leytenant Zumeyyim bin Cuveybir Əs- Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Azərbaycana səfər edib.

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının və DSX-nın nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyətinə dair məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı 7-18 aprel tarixlərində Dövlət Sərhəd Xidmətinin Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş “Sərhəd Nəzarəti”nə dair təlim proqramının əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti DSX-nin Akademiyasında və bir sıra digər struktur qurumlarında olub, hərbi hissə və bölmələrdə xidmətin təşkili, şəxsi heyətin xidməti və yaşayış şəraiti, mövcud xidməti imkanlar, sərhəd mühafizəsi təyinatlı silah, texnika və avadanlıqlarla tanış edilib.

Nümayəndə heyətinin Azərbaycana səfəri aprel ayının 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR