Ermənistanın qərarı bölgəyə təsir etmək uğrunda Brüssellə mübarizədə Kremlin qələbəsidir – “The Wall Street Journal”

Ermənistanın qərarı bölgəyə təsir etmək uğrunda Brüssellə mübarizədə Kremlin qələbəsidir – “The Wall Street Journal”
# 06 sentyabr 2013 03:20 (UTC +04:00)

APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu «The Wall Street Journal» nəşrinin məqaləsində bildirilir.

Nəşrin analitikləri hesab edir ki, hazırda digər keçmiş sovet respublikalarının Ermənistanın addımını təkrarlayacağı ehtimalı çox böyük maraq doğurur. “Rusiya yanacağın qiymətini müəyyən edir, bu səbəbdən də güclü təsir vasitələrinə malikdir”, deyə məqalənin müəllifləri bildirir. Ekspertlər həmçinin Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana Rusiya tərəfindən formal təhlükəsizlik zəmanəti vəd olunduğunu da qeyd edir.

“Ermənistanın təzyiq altında olması faktı sürpriz deyildi. Lakin, təzyiq vasitəsilə Ermənistanı seçimindən vaz keçməyə nail olmaq böyük bir sürpriz oldu, və biz bununla bağlı dərin təəssüf hissi keçiririk”, deyə Avropa Parlamentinin üzvü Yatsek Sariuş-Volski bildirib.

Məqalə müəllifləri həmçinin qeyd edirlər ki, iqtisadi nöqteyi-nəzərdən Ermənistan hər-hansı bir tərəf üçün böyük mükafat hesab olunmur və AB Assosiasiya barədə razılaşmanın bağlanmasını daha çox diplomatik qələbə kimi qəbul edirdi.

Məsələ ilə yaxından tanış olan qərb diplomatı qeyd edir ki, Ermənistan rəsmiləri Avropa Birliyi ilə həmişə çox açıq və səmimi danışıqlar aparıb və “heç özləri də Rusiyadan bu cür təzyiqi gözləmirdilər”.

“Ermənistanın qərarı daha geniş kontekstdə narahatlıq doğurur. Təzyiq Ermənistan da daxil olmaqla Assosiasiyaya istiqamətlənmiş 4 ölkənin hamısına aiddir. Bu qərar domino effekti törədə bilər”, deyə Yatsek Sariuş-Volski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR