Azərbaycanın futbol üzrə millisi mövsümə qələbə ilə başlayıb

Azərbaycanın futbol üzrə millisi mövsümə qələbə ilə başlayıb
# 05 mart 2014 19:06 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri 2014-cü ildə ilk matçına BƏƏ-nin Dubay şəhərində çıxıb.

Növbəti dəfə ilə bu şəhərdəki toplanışla start verən yığmamız hazırlığını Filippinlə qarşılaşma ilə tamamlayıb. “Küçə itləri” ləqəbini daşıyan Asiya təmsilçisi ilə görüşdə favorit sayılan komandamız fasiləyə üstünlüklə yollana bilib. İlk yarıda millidə debüt edən “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə fərqlənib. O, Vaqif Cavadovun künc zərbəsindən ötürdüyü topu tora yollayıb.

İkinci hissədə tərəflərin səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb. Beləliklə, tarixi ərzində 204-cü matçını keçirən millimiz ili qələbə ilə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR