Şəmkirdə baş verən yol qəzasında hərbiçilər xəsarət alıb

Şəmkirdə baş verən yol qəzasında hərbiçilər xəsarət alıb
# 15 noyabr 2013 11:39 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Kərəm Məmmədovun APA-ya verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Gədəbəy rayon sakini Fizuli Qəmbər oğlu İbrahimovun idarə etdiyi “90-MJ-735” dövlət nömrə nişanlı “VAZ 21-015” markalı avtomobillə Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Saməddin Hüseynalı oğlu Pirverdiyevin idarə etdiyi “99-BA-695” dövlət nömrə nişanlı “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində taksi kimi istifadə olunan “VAZ 21-015”in sürücüsü xəsarət alıb və Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobildə olan sərnişinlər - Müdafiə Nazirliyinin N” saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Rəşadət Qəzənfər oğlu Qurbanov və Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Siyəzən rayon sakini Tural Rəhim oğlu Rəfiyev xəsarət alaraq hərbi hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR