Ot presləyən texnika Qax sakinini ağır yaralayıb - VİDEO

Ot presləyən texnika Qax sakinini ağır yaralayıb - <span style="color: red;">VİDEO
# 11 noyabr 2013 07:02 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Fıstıqlı kəndində baş verib. Kənd sakini, 36 yaşlı Məmməd Əzimov ot presləyən aqreqata yaba ilə ot atarkən, ehtiyatsızlıq edib, nəticədə işlək vəziyyətdə olan mexanizm Məmməd Əzimovun əlindəki yabanı çəkib, daha sonra isə onun paltarı fırlanan mexanizmə ilişib.

Hadisə zamanı M. Əzimovun yanında olan azyaşlı övladı qışqıraraq yaxınlıqdakıları köməyə çağırıb. Qışqırığa gələnlər ot presləyəni söndürüblər.

Müxtəlif xəsarətlər alan M. Əzimov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Qax MRX-dan APA-ya verilən məlumata görə, M. Əzimovun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR