Detroytun müflisləşməsi fond indekslərinin enməsinə səbəb olub

 Detroytun müflisləşməsi fond indekslərinin enməsinə səbəb olub
# 04 dekabr 2013 06:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 15 915 bəndədək, S&P 500 0,3% - 1 795 bəndədək, Nasdaq 0,2% - 4 037 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə zəif makroiqtisadi göstəricilər və Detroyt şəhərinin müflis olunmasının təsdiq edilməsi faktı təsir edib. Qeyd edək ki, Detroytun ümumi borcu 18 mlrd. dollara bərabərdir və bu, ölkə tarixində ən iri munisipal müflisləşmədir.

Avropa fond bazarlarında dekabrın 3-də FTSE 100 indeksi 1,0% - 6 532 bəndədək, Almaniya DAX-ı 1,9% - 9 223 bəndədək, Fransa CAC-40-ı isə 2,7% - 4 172 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 220,70 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3592 dollar (+0,5%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR