ETSN: Hazırda paytaxtda müşahidə olunan tozun miqdarı normadan 2-3 dəfə çoxdur - VİDEO

ETSN: Hazırda paytaxtda müşahidə olunan tozun miqdarı normadan 2-3 dəfə çoxdur - <span style="color: red;">VİDEO
# 02 iyun 2014 13:30 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

M. Avazova bildirib ki, bu, çirkləndirici toz deyil, fiziki tozdur, təbii haldır: “3 gün əvvəl Türkmənistanda səhrada burulğanlı külək əsməyə başlayıb. Azərbaycanda isə zəif şərq küləyi əsirdi. Şərq küləyi artıq bu gün şimal-şərq küləyinə keçdikdən sonra küləyin sürəti bir az artdı. Nəticədə, həmin tozlu külək Abşeron yarımadası ərazisində də müşahidə olundu. Artıq sabahdan etibarən şimal küləyi əsməyə başlayacaq. Bundan sonra səpələnmə yaxşı getməlidir. Təxminən 1-2 günə toz səpələnib normal vəziyyətə gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR