Dominikan Respublikası sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Dominikan Respublikası sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
# 28 may 2014 23:58 (UTC +04:00)

Bakı – APA. Dominikan Respublikasının cənubi-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Haiti adasından 40 km aralıda, ocağı isə 91 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR