Azərbaycanda 47 yaşlı kişi özünü çaya ataraq intihar edib

Azərbaycanda 47 yaşlı kişi özünü çaya ataraq intihar edib
# 08 iyun 2013 09:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tovuz rayon sakini intihar edib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 7-də Tovuz rayonunun Ağdam kəndi ərazisində baş verib. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 47 yaşlı Hümbət Qurban oğlu Məmmədov özünü Qazqulu çayına ataraq intihar edib. Onun meyiti ərazidə əkinçiliklə məşğul olan şəxslər tərəfindən aşkar edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR