Azərbaycan Moldovada keçirilən beynəlxalq folklor festivalında iştirak edəcək

Azərbaycan Moldovada keçirilən beynəlxalq folklor festivalında iştirak edəcək
# 02 may 2014 16:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mayın 2-dən 8-dək Moldovanın Komrat şəhərində "Xədərləz" beynəlxalq folklor festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festivalda Azərbaycanı Balakən rayonunun folklor kollektivi təmsil edəcək.

Festivala yola düşən heyətin tərkibinə kollektivin 13 üzvü, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları daxildirlər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin "Xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, Balakən rayonu 2014-cü ildə "Azərbaycanın folklor paytaxtı" elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR