Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar - VİDEO

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar - <span style="color: red;">VİDEO
# 26 noyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 27-si axşam respublikanın qərb rayonlarında, 28-də isə bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, 29-da gözlənilən qısa fasilədən sonra noyabrın 30-dan dekabrın 1-i səhərədək yenidən yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Göstərilən müddət ərzində dağlıq rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu noyabrın 28-də ötən günlərlə müqayisədə 3-8 dərəcə düşəcək. Noyabrın 28-də və 30-da şimal küləyinin güclənəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR