Suriya kimyəvi silah üzrə müfəttişlərin ölkəyə gəlməsinə razılıq verib

Suriya kimyəvi silah üzrə müfəttişlərin ölkəyə gəlməsinə razılıq verib
# 15 avqust 2013 02:50 (UTC +04:00)

Bakı-APA. Suriya hökuməti kimyəvi silahla bağlı beynəlxalq təftişin aparılması şərtləri ilə razılaşıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martina Nesirkanın bəyanatında bildirilir.

Nesirkanın sözlərinə görə, müfəttiş qrupu Suriyaya yaxın vaxtlarda yola düşəcək. “Razılaşmaya əsasən, müfəttişlər bu ölkədə 14 gün qala biləcək. Qarşılıqlı anlaşmaya görə, bu müddət artırıla bilər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR