Azərbaycan Opera və Balet Teatrı Astanada “Alpamıs” operasını nümayiş etdirəcək

Azərbaycan Opera və Balet Teatrı Astanada “Alpamıs” operasını nümayiş etdirəcək
# 08 may 2014 16:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Opera və Balet Teatrı mayın 17-də Qazaxıstanın görkəmli bəstəkarı, SSRİ xalq artisti Erkeqali Raxmadiyevin “Alpamıs” operasını Astanada nümayiş etdirəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada iştirak etmək üçün “TÜRKSOY”un rəhbərliyi tərəfindən Azərbaycan Opera və Balet Teatrının bir qrup sənətçisi – dirijor Əyyub Quliyev, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Vahabzadə və teatrın aparıcı solistləri İlahə Əfəndiyeva, Fərid Əliyev, Anton Ferştandt, Tural Ağasıyev, Tələt Hüseynov Astanaya dəvət olunublar.

Tamaşada azərbaycanlı sənətçilərlə yanaşı, Astana Dövlət Operasının orkestri və xoru iştirak edəcək.

Tamaşada “TÜRKSOY”un baş katibi Düsen Kaseyinov və türkdilli ölkələrin Mədəniyyət Nazirləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR