Venesuelanın prezidenti Yanukoviçi "çevrilişin qurbanı" adlandırıb

Venesuelanın prezidenti Yanukoviçi "çevrilişin qurbanı" adlandırıb
# 08 mart 2014 00:35 (UTC +04:00)

APA-nın France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Maduronun administrasiyasının açıqlamasında bildirilir.

“Prezident Maduro ABŞ rəhbərliyi və NATO-nun dəstəyi ilə ekstremist qruplaşmalar tərəfindən Ukraynada həyata keçirilən dövlət çevrilişini qətiyyətlə pisləyir”, - bəyanatda deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, yeni hakimiyyət Ukraynanın bütövlüyünü təhlükə altına alır. Maduro əmindir ki, ABŞ-ın hərəkətləri regiondakı sabitlik və Rusiyanın suverenliyinə zərər gətirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR