Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub

Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub
# 13 fevral 2014 19:19 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, giriş qapısının təsdüfən kilidlənməsi nəticəsində azyaşlılar bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə 4-cü mərtəbədəki qonşu mənzilin eyvanından enməklə daxil olublar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış uşaqları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:30-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR