Rusiyadan Azərbaycana qaçaqmal kosmetik vasitələrin gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qaçaqmal kosmetik vasitələrin gətirilməsinin qarşısı alınıb
# 08 oktyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Rusiyadan Azərbaycana gizli yolla kosmetik vasitələrin gətirilməsi faktını aşkarlayıblar. Bu barədə APA-ya DGK-dən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin “Xudat” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşı Yengibar Əsgərovun idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsindən Y.Əsgərov tərəfindən bəyan olunmayan xeyli miqdarda kosmetik vasitə - kiprik üçün 205 qutu “Bourjoıs”, 5 qutu “Pupa” və 18 ədəd “Loreal” markalı tuşlar, 64 qutu “Bourjoıs” markalı dodaq parıltısı, 3 qutu “Pupa” markalı dodaq boyası, 4 qutu “Bourjoıs” markalı tonal krem, 2 qutu “Bourjoıs” markalı qidalandırıcı tonal krem, göz üçün 200 qutu “Bourjoıs” markalı qələm və 70 qutu “Bourjoıs” markalı qələm-layner aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR