Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 02 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 02 İyul - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 17:04 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq təşkilat o zaman ciddi qəbul edilir ki, onun qəbul etdiyi qərarların icra mexanizmi olur. Məsələn, NATO ilə ona görə hesablaşırlar ki, onun qəbul etdiyi qərarların konkret icra mexanizmi var. Afrika Birliyi Təşkilatını ona görə ciddi qəbul etmirlər ki, bu təşkilatın qərarları həmişə kağız üzərində qalır. Həm də təkcə Afrika Birliyi Təşkilatının deyil. Elə BMT-nin də, ATƏT-in də, Avropa Şurasının da kağız üzərində qalan, icra edilməyən yüzlərlə qərarı, qətnaməsi, bəyannaməsi var. Bu səbəbdən təşkilat ciddi qəbul olunmaq istəyirsə, o zaman qəbul etdiyi qərarların arxasında dayanmalıdır. Elə ATƏT də. Yoxsa, heç kim bu təşkilatı eyninə almayacaq. Elə Ermənistan kimi. Düzdür, deyəcəksiniz ki, ATƏT-in, Avropa Şurasının nüfuzdan düşməsi dərdi bizə qalmayıb, nəyimizə gərək? Bizim məsələlərə şərqli təfəkkürümüzü bəyənməyənlərə demək istəyirəm ki, vallah, biz bu təşkilatların nüfuza minməsi üçün belə deyirik, yoxsa nəyimizə lazım, qərblilərin öz işidir, istəsələr nüfuza mindirərlər, istəsələr, hörmətdən salarlar... Gəlin biz öz hörmətimizi saxlayaq...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR