Səttar Mehbalıyev: “Azərbaycanda işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi isə 6%-ə endirilib”

Səttar Mehbalıyev: “Azərbaycanda işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi isə 6%-ə endirilib”
# 26 sentyabr 2013 09:03 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycanda işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi isə 6%-ə endirilib.

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra inkişaf etməyə başlayıb: “Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə enerji sahəsində yeni addımlar atılıb. Ölkəmizdə hər il yeni-yeni məktəb binaları tikilir, uşaqlarımızın təhsili, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hərtərəfli şərait yaradılır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşüb, minlərlə təhsil müəssisəsi işğalçılar tərəfindən dağıdılıb”.

S.Mehbalıyev onu da əlavə edib ki, respublikamız inkişaf etdikcə, həmkarlar ittifaqları da inkişaf edir. Onun sözlərinə görə, bu gün AHİK 26 sahə həmkarlar ittifaqı, 18 610 həmkarlar qurumları ilə birgə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR