İstanbul baş prokuroru və onun müavinləri vəzifələrindən uzaqlaşdırılaraq başqa yerlərə təyin olunublar

İstanbul baş prokuroru və onun müavinləri vəzifələrindən uzaqlaşdırılaraq başqa yerlərə təyin olunublar
# 16 yanvar 2014 15:30 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbul şəhər cümhuriyyət baş prokuroru Turan Çolakkadı, onun müavinləri Fikrət Seçən, Cihan Kansız və Ərcan Şafak, rüşvət və korrupsiya ittihamı əsasında cinayət işi açan prokurorlardan Müəmmər Akkaş və Əli Güngör vəzifələrindən çıxarılaraq başqa yerlərə təyin olunublar.

T. Çolakkadı İstanbul bölgə ədliyyə prokurorluğuna, Ərcan Şafak Kocaeli vilayət prokurorluğuna, Fikrət Seçən Kocaelinin Gəbzə rayon prokurorluğuna, Cihan Kansız Sakarya vilayət prokurorluğuna, Müəmmər Akkaş Tekirdağ vilayət prokurorluğuna, Əi Güngör isə İstanbulun Kartal rayon prokurorluğuna təyin olunublar.

İstanbulun Bakırköy rayon prokuroru Hadi Salihoğlu İstanbul cümhuriyyət baş prokuroru təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR