“Nida” üzvlərinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb

“Nida” üzvlərinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb
# 28 noyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən proses başlanmazdan əvvəl təqsirləndirilən şəxslərlə məhkəmə nəzarətçiləri arasında qalmaqal yaranıb. “Nida”çılar zalda kənar şəxslərin olmasına etirazlarını bildirib, onların əvəzinə prosesə mətbuat nümayəndələri və ailə üzvlərinin dəvət olunmasını tələb ediblər.

Proses başlayandan sonra vəkillər çıxış edərək hakimdən proses zamanı zala kənar şəxslərin daxil olmasına imkan verməməyi xahiş ediblər. Hakim isə qeyd edib ki, proses açıqdır, kiminsə zala daxil olmasına qadağa qoya bilməz. Vəkillər eyni zamanda prosesin daha geniş zalda keçirilməsini istəyiblər.

Vəkil Rəşid Hacılı müdafiə etdikləri şəxslərlə ünsiyyətə icazə verilmədiyini deyib. Hakim bu kimi halların düzgün olmadığını deyib və qeyd edib ki, buna yol verilməməlidir. C. Hüseynov digər qeyd olunana tələblərin də nəzərə alınacağını deyib.

Prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib.

Dövlət ittihamçısı Nemət Əvəzov ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər akta münasibət bildirərək özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses dekabrın 5-də davam etdiriləcək.

Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR