Bakıda "Mercedes" markalı iki avtomobil toqquşub - FOTOSESSİYA - VİDEO

Bakıda "Mercedes" markalı iki avtomobil toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 00:53 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, 4-cü mikrorayon dairəsində "Mercedes" markalı iki avtomobil toqquşub. İlkin ehtimala görə, 1967-ci il təvəllüdlü Əliyev Füzuli Əjdər oğlunun idarə etdiyi avtomobil Cavadxan küçəsi ilə hərəkətdə olarkən 1988-ci il təvəllüdlü Məmmədov Kamil Kəmaləddin oğlunun idarə etdiyi avtomobili gözləməyib və nəticədə yol qəzası baş verib. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktı Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR