Fransa səfiri Şəkiyə səfər edib - VİDEO

 Fransa səfiri Şəkiyə səfər edib - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2013 16:49 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Şəki şəhərinə səfər edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, səfir Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən qəbul olunub. E. Usubov bildirib ki, Şəki ilə Fransanın Kalmar şəhərləri arasında yaranmış dostluq əlaqələri artan xətt üzrə inkişaf etdirilir. Görüşdə vurğulanıb ki, məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma qədim Şəkidə olub və Şəkiyə heyran olduğunu əsərlərində bir neçə dəfə xatırladıb. Yaxın gələcəkdə Aleksandr Dümanın Şəkidə yaşadığı mənzil təmir olunaraq yerli və xarici turistlərin ixtiyarına veriləcək.

Səfir P. Mönye isə qeyd edib ki, Fransanın azadlığı uğrunda döyüşən və ən ali – Fransanın Milli Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı məhz şəkili Əhmədiyyə Cəbrayılovdur. Şəki onlar üçün daha doğmadır və yaxın gələcəkdə Kalmar şəhəri ilə Şəki arasında bir çox sahələr üzrə əməkdaşlıq əlaqələri yaradılacaq.

Sonra səfir Fransanın Kalmar şəhər merinin şəhərdəki Bəxtiyar Vahabzadə adına 1 saylı tam orta məktəbin fransız dilli müəllim və şagirdləri üçün hədiyyə göndərdiyi dərslikləri kollektivə təqdim edib. Bildirilib ki, hazırda rayonun 14 məktəbində 1500-dən artıq şagird fransız dilini öyrənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR