Gürcüstan prezidenti: "Mixail Saakaşvili istədiyi yerdə yaşaya bilər"

Gürcüstan prezidenti: "Mixail Saakaşvili istədiyi yerdə yaşaya bilər"
# 30 noyabr 2013 02:35 (UTC +04:00)

Bakı – APA. Mixail Saakaşvili azad insandır, o istədiyi yerdə yaşaya bilər. APA-nın “Georgia onlayn” saytına istinadən verdiyi məlumata görə, bunu Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında Gurcüstan prezidenti Georqi Marqvelaşvili deyib.

KİV nümayəndələri M.Saakaşvilinin vətəninə dönmədiyini vurğulayaraq, hökumətin ona qarşı müəyyən addımlar ata biləcəyindən şübhələndiklərini bildirib. Buna cavab olaraq Marqvelaşvili Saakaşviliyə qarşı hər hansı işin açılmadığını qeyd edib. “O, azad ölkənin azad vətəndaşıdır və istədiyi yerdə yaşaya bilər ”, - deyə Marqvelaşvili bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR