Prezident İlham Əliyev Tbilisidə Gürcüstan prezidenti və baş naziri ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Tbilisidə Gürcüstan prezidenti və baş naziri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 06 may 2014 20:24 (UTC +04:00)

Bakı-APA. Mayın 6-da Tbilisidə Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub.

APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, münasibətlərimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Ölkələrimizin birgə səyləri ilə həyata keçirilən irimiqyaslı layihələrin bölgə və dünya üçün önəmi vurğulanıb.


Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilən üçtərəfli Sammitinin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyindən əminlik ifadə olunub.

Prezidenti İlham Əliyev Tbilisidə həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə fə görüşü olub.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR