Abşeron rayonunda zəncirvarı yol qəzası baş verib, iki nəfər xəsarət alıb - FOTO - VİDEO

Abşeron rayonunda zəncirvarı yol qəzası baş verib, iki nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 aprel 2014 01:07 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Bakı-Quba yolunun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Niftalı Məmmədov idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili ilə Sumqayıt istiqamətində hərəkətdə olarkən maşını magistral yolun kənarında saxlamaq istəyib.

Bu vaxt Taleh Talıbovun idarə etdiyi və 35 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu "Toyota Prado"ya arxadan çırpılıb. Elman Fərəcova məxsus “Kia Pregio” markalı mikroavtobus isə sərnişin avtobusuna dəyib.

Nəticədə mikroavtobusda olan iki sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktı Binəqədi Rayon Yol Polisi Şöbəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR