Suriyada iri müxalifət qruplaşmaları Milli Koalisiyanı tanımaq istəmir

Suriyada iri müxalifət qruplaşmaları Milli Koalisiyanı tanımaq istəmir
# 25 sentyabr 2013 01:30 (UTC +04:00)

Bakı-APA. Suriyada bir neçə iri müxalifət qruplaşmaları Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyasını tanımadığını bəyan edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Suriyada hökumət qüvvələri ilə mübarizə aparan 13 qruplaşma Milli Koalisiya da daxil olmaqla hər-hansı müxalifət qruplaşmasını tanımadığını bəyan edib.

“Milli Koalisiya və yeni seçilmiş baş nazir Əhməd Tumehin təqdim etdiyi hökumət bizi təmsil etmir və biz də onu tanımırıq”, deyə agentlik adı çəkilməyən qruplaşmaların bəyanatını sitat gətirib.

Ötən həftə Milli Koalisiyanın rəhbəri Əhməd Cabra Genevrədə keçiriləcək Qərb dövlətlərinin konfransında iştirak etmək niyyətində olduğunu bildirib. Lakin o qeyd edib ki, onun görüşdə iştirakı yalnız konfransın Suriyada keçid hökumətini müəyyən edəcəyi təqdirdə mümkündür.

Qeyd edək ki, bir müddət əvvəl “Telegraph” qəzeti “IHS Jane's” araşdırma mərkəzinin hesabatına istinadən yazırdı ki, Suriyada döyüşlərdə bir biri ilə əlaqəsi olmayan və üzvlərinin əksəriyyətinin radikal islamçı olduğu qruplaşmalar iştirak edir. Bu qruplaşmaların sıralarında 10 minədək silahlı radikal ekstremistin vuruşduğu bildirilir. “Əl-Qaidə” ilə əlaqəli olan bu dəstələrdə çox sayda xarici muzdluların vuruşduğu da qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR