Azərbaycanın şimal-qərb bölgəsinə qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə qar yağıb
# 07 oktyabr 2013 07:24 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə son iki gün ərzində fasilələrlə yağış yağır, havanın temperaturu gündüz saatlarında 10-8, gecə saatlarında isə 2 dərəcə təşkil edir. Yüksək dağlıq ərazilərdə isə temperatur 0 dərəcədən aşağı düşüb. Örtən gecə isə şimal-qərb bölgəsinə qar yağıb. Qax rayonunun ucqar dağ kəndi olan Sarıbaş kəndinə 4-5 santimetr qalınlığında qar düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR