Balakəndə narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs tutulub

Balakəndə narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs tutulub
# 19 iyun 2013 13:24 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Balakən RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Qullar kəndində İbrahim Mahmudova məxsus həyətyanı sahədə xüsusi kultivasiya üsulu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik tərkibli bitki hesab edilən 176 ədəd çətənə kolu aşkar edilib. Keçirilən əməliyyat tədbir nəticəsində məlum olub ki, narkotik tərkibli çətənə bitkilərini sözügedən evdə müvəqqəti yaşayan rayon sakini, 1964-cü il təvəllüdlü Kurtayev Nəsrəddin Nəcməddin oğlu əkib. Polis tərəfindən saxlanılan N. Kurtayev əraziyə narkotik tərkibli bitkini özü əkdiyini bildirib və bu işi maddi imkansızlıq səbəbindən etdiyini, törətdiyi əməldən peşman olduğunu deyib. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR