Əfqanıstan və NATO hərbçiləri arasında atışma baş verib

Əfqanıstan və NATO hərbçiləri arasında atışma baş verib
# 26 oktyabr 2013 13:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Kabil ətrafındakı hərbi bazada atışma baş verib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Davlat Vaziri əfqan hərbçiləri ilə NATO hərbçiləri arasında atışma baş verdiyini bildirib. Öncə hərbçilər arasında mübahisə yaranıb, daha sonra isə atışma başlayıb. Nəticədə bir əfqan hərbçi ölüb, xarici ölkə vətəndaşı olan bir neçə hərbçi isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR